Bakıdakı silahlı atışma ilə bağlı - Açıqlama

bakidaki-silahli-atisma-ile-bagli-aciqlama
Oxunma sayı: 646

Bu barədə məlumat “Qafqazinfo”ya Bakı şəhər prokurorluğu və Baş Polis idarəsindən daxil olub.

Fakta görə Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, oradan 7 ədəd giliz və 1 ədəd güllə aşkar edilərək maddi sübüt kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq tədbirləri həyata keçirilmişdir.

Noyabrın 21-də cinayət işi həmin məcəllənin 228.1 və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələrinə tövsif edilərək istintaq aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna göndərilib.

Hazırda hadisənin baş vermə səbəbi və cinayət əməlini törətmiş şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.