Bakıdakı Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisində - Fotolar

Bakıdakı Uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisində
Oxunma sayı: 637

“Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransı çərçivəsində Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq  “Bakutel-2018”-in pavilyon və stendləri ilə tanış olublar. 

Uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzİnteTecom” MMC-nin stendində də uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi”- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub. 

Uşaqların sərgiyə ekskursiyası sabah da davam edəcək. 

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi