Taxta bazarındakı yanğın söndürüldü - Yenilənib

taxta-bazarindaki-yangin-sonduruldu
Oxunma sayı: 4053

Nərimanov rayonundakı taxta bazarında baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin 2 işçisi xəsarət alıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müraciət əsasında hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə 10 Təcili Yardım Maşını göndərilib. 

***

Xəsarət alan 2 FHN əməkdaşı və bir nəfər xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müraciət əsasında ümumilikdə 6 nəfərə ilkin tibbi yardım göstərilib. Onlardan 3 FHN əməkdaşına yerində yardım edilib.

Günel Hacı

***

Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 əməkdaşına yerində yardım edilib. Daha üç nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib

FHN də yanğınla bağlı növbəti dəfə məlumat yayıb. "Qafqazinfo"a daxil olan məlumatda bildirilib ki, avqustun 22-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib".

***

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.