Bakıdakı yanğında 2 nəfər yaralandı

bakidaki-yanginda-2-nefer-yaralandi
Oxunma sayı: 1030

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.