Bakıdakı “zapravka”lar qiymət artımından əvvəl... - Foto+ Yenilənib

bakidaki-zapravkalar-qiymet-artimindan-evvel
Oxunma sayı: 2585

Azərbaycanda Aİ 92 markalı benzinin və mazutun qiymətləri qalxa bilər.

İST Petrol-un adını açıqlamayan işçisi “Qafqazinfo”ya bildirib ki, qiymət dəyişikliyi gözlənilir. Hazırda sözügedən və digər Yanacaq Doldurma Məntəqələrində (YDM) uzun maşın növbələri var. 

Amma avtomobillərə benzin vurulmur. Bunun əsas səbəbi də məhz gözlənilən dəyişikliklə bağlıdır. 

Qeyri-rəsmi məlumatlara görə, hazırda qiyməti 70 qəpik olan bu benzində 20 qəpik artım olacaq və “Aİ 92” 90 qəpikdə qərarlaşacaq.

***

Tarif Şurası sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb və qiymət artımını təsdiqləyib. İyulun 15-dən Aİ 92 benzini ölkədə 90 qəpiyə satılacaq.