Bakıdakı ziyarətgahın qeydiyyatı ləğv olundu

bakidaki-ziyaretgahin-qeydiyyati-legv-olundu
Oxunma sayı: 757

Bakıda ziyarətgahlardan birinin dövlət qeydiyyatı ləğv olunub.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı həmin ziyarətgahın təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilib.

Qeyd edək ki, “Əli qədəmgahı” 8 may 2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdı.