Bakıdan Batumiyə gedən təyyarə geri döndü - Yenilənib

bakidan-batumiye-geden-teyyare-geri-dondu
Oxunma sayı: 2408

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Bu barədə “Qafqazinfo” “Buta Airways”ə istinadən xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda təyyarə hava şəraiti yaxşılaşdığına görə Bakıdan Batumiyə yola düşməyə hazırlaşır: “Sərnişinlər artıq təyyarənin göyərtəsinə minirlər”.

***

“Buta Airways”in məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.