Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

bakidan-geden-qatari-bey-gelin-qarsiladi
Oxunma sayı: 5938

Bakı-Ankara marşrutu üzrə sərnişin daşıyan qatarın Qarsda qarşılanması zamanı maraqlı hadisə yaşanıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, qatarın yolunu gözləyənlər arasında yeni evlənən bəylə gəlin də olub. Tarix gündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Onlar Bakını görmək, gəzmək xəyalları qurduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər.

Qeyd edək ki, Azərbaycanın sifarişi ilə İsveçrədə istehsal edilən xüsusi sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dayanmadan hərəkət edəcək. Gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var.