Bakıdan kriminal xəbərlər

bakidan-kriminal-xeberler
Oxunma sayı: 1071


İyunun 30-u saat 02:50 radələrində Bakı-Qazax yolunda «VAZ-2106» markalı avtomobili idarə edən naməlum sürücü Şirvan şəhər sakini Elməddin Cahangirovun qarşısını kəsərək ondan içərisində 550 manat olan əl çantasını alıb getmişdir. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Söhbət Məmmədov idarə etdiyi «VAZ-2106» markalı avtomobillə birlikdə iyunun 30-da yaxalanıb.

İyunun 29-u saat 23:50 radələrində Korgöz qəsəbəsində Kamran Eyyubov idarə etdiyi «VAZ-2106» markalı avtomobillə İsabala Cəbrayılovu vurmuş və o, hadisə yerində ölüb.

İyunun 30-u saat 17:40 radələrində, Müşviqabad - Qızıldaş yolunda Bakı şəhər sakini Mehdi Adıyev idarə etdiyi «KİA» markalı avtomobilin idarəetməsini itirərək aşırmış, nəticədə özü və sərnişini Validə Cümşüdova xəstəxanaya yerləşdirilmiş, digər sərnişin Aybəniz Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Araz Əyyubovdan 480 qram qurudulmuş marixuana aşkar edilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Cabbarovdan 460 qram qurudulmuş marixuana aşkar edilib.

Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbəsi Nizami küçəsində yaşayan Zakir Teymurovdan 5 qramdan artıq qurudulmuş marixuana və yaşadığı evin həyətindən yaş çəkisi 28 qramdan artıq 1 ədəd marixuana kolu aşkar edilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsilə axtarışda olan İlqar İsmayılov iyunun 29-da yaxalanıb.