Bakıdan kriminal xəbərlər

bakidan-kriminal-xeberler
Oxunma sayı: 646

Dekabrın 15-i saat 16 radələrində Bakı – Mərdəkan şossesində Şamaxı rayon sakini Hörmət Əsgərov idarə etdiyi «VAZ-21074» markalı avtomobillə Bakı şəhər sakini Səbuhi Məcnunovu vurmuş, piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Dekabrın 15-i saat 15 radələrində Nemanzadə küçəsində Nihad Cəfərov idarə etdiyi «VAZ-21074» markalı avtomobillə Astara rayon sakinləri Elnarə Əliyevanı və qızı Fatimə Nuriyevanı vurmuş, piyadalar KTM-ə daxil olmuşlar. E.Əliyeva aldığı xəsarətlərdən ölmüşdür.

Dekabrın 12-də Neftçilər prospektində Bakı şəhər sakini İbrahim Tağıyev idarə etdiyi «Mersedes» markalı avtomobili yol kənarındakı ağaca vurmuş, dekabrın 15-də KTM-də ölmüşdür.

Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Akif İbrahimov və Aqil İbrahimov 1 kiloqramdan artıq marixuananı satmaq istəyərkən tutulmuşlar.

Dekabrın 12-si saat 08 radələrində Sabunçu qəsəbə sakini Coşqun Qurbanova məxsus «VAZ-2106» markalı avtomobil evinin qarşısından qaçırılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Ağarza Bağırov dekabrın 15-də Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş, avtomobil isə sökülmüş vəziyyətdə Salyan rayonu ərazisində aşkar edilmişdir.

Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Həsənov yaxalanmışdır.

Suraxanı RPİ CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Günel Bayramova yaxalanmışdır.