Bakıdan Moskvaya uçan təyyarə qəza enişi edib

bakidan-moskvaya-ucan-teyyare-qeza-enisi-edib
Oxunma sayı: 2350

Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu “Gulfstream” təyyarəsi aprelin 8-də səhər saatlarında “Şeremetyevo”hava limanına qəza enişi edib. 

“Qafqazinfo” “Virtualaz.org”a istinadən xəbər verir ki, müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına endikdən sonra asfalt örtükdən kənara çıxıb.

Nəticədə, təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.