“Bakıelektrikşəbəkə”nin naqilini oğurlayan tutuldu - Kriminal xəbərlər

bakielektriksebekenin-naqilini-ogurlayan-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 677

Aprelin 14-də Buzovna və Mərdəkan qəsəbələri arasında olan «Bakıelektrikşəbəkə» ASC-yə məxsus 130 metr naqili işıq dirəyindən oğurlayan Sabirabad rayon sakini Şamo Bağırov iyulun 28-də DİN BCAİ və Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyunun 25-də Bakı – Sumqayıt yolunun 15-ci km-də yerləşən kafenin qarşısında Rafiq Cəfərovu vuraraq 30 manat pulunu və mobil telefonunu əlindən alaraq qaçanlar - əvvəllər məhkum olunmuş, Abşeron rayon sakini Faiq Həmidov və Şəki şəhər sakini Adil Əhmədov iyulun 28-də Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşlar.

Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 34-cü PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan İlkin Manafov tutulmuşdur.