“BakıKart” aparatları niyə işləmirdi?

bakikart-aparatlari-niye-islemirdi
Oxunma sayı: 929

Dünəndən etibarən paytaxtın bir neçə ərazisində BakıKart aparatları ilə bağlı problem yaşanır. “Qafqazinfo” xəbər verir ki, sərnişinlər bununla bağlı sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, paytaxtın Nərimanov, Nəsimi, Yasamal rayonlarında quraşdırılmış aparatlarda əməliyyt aparmaq mümkün olmyayıb.

“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb.

Onun sözlərinə görə, artıq problem həll edilib:

“BakıKart-dan verilən məlumata görə, terminalın özündə müəyyən texniki problem yaranıb. Artıq bununla bağlı lazımı tədbirlər görülüb və aparatların fəaliyyəti bərpa olunub”.

Günel Hacı