Bakılıların 50%-nin pul kisəsində bank kartı var

bakililarin-50-nin-pul-kisesinde-bank-karti-var
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilən tədbirdə MasterCard-ın Azərbaycan üzrə Ölkə Meneceri Hakan Acar bildirib ki, araşdırmaya əsasən, Baki əhalisinin 50%-nin pul qabında ən azı bir bank kartı var. Kredit kart sahibləri isə əhalinin yalnız təqribən 2%-ni təşkil edir: “Kredit kartların istifadəçilərinin böyük əksəriyyəti 18–34 yaşlar arası ali təhsilli kişilərdir. Buna baxmayaraq, kartlardan başlıca olaraq ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün istifadə olunur, Azərbaycanlıların 14%-i kartlardan yalnız ATM-lərdə istifadə etməyə üstünlük verirlər və kartların istifadə dairəsini yalnız onlara cəlbedici üstünlüklər əldə etmə imkanı verildikdə alış-veriş zamanı genişləndirməyə çalışırlar”.


Hakan Acarın sözlərinə görə, MasterIndex-in Azərbaycan bazarında apardığı bu ilk araşdırmanın nəticələri bir daha sübut etdi ki, ödəmə sistemləri sahəsində regionun lider ölkəsinə çevrilməsi üçün Azərbaycan böyük potensiala malikdir: “Biz Azərbaycanlı istehlakçılarının, ticarətçilərinin və banklarının 2012-ci ildə və ondan sonrakı illərdə faydalanacığı üstün ödəmə həlləri və texnologiyalarını təqdim etmək üçün Azərbaycanın yerli bankları ilə birgə çalışırıq. Biz bazarın necə dəyişdiyini və müştərilərin ödənişləri daha rahat, təhlükəsiz şəkildə həyata keçirə bilmələri üçün tərəfimizdən görülməsi lazım olan işləri müşahidə etmək üçün MasterIndex-in araşdırmasını hər il təkrarlamaq niyyətindəyik”.

Nigar Məmmədli