“Bakı”nın 3 futbolçusu heyətdən kənarlaşdırıldı

bakinin-3-futbolcusu-heyetden-kenarlasdirildi
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, komandanın nəticələri ətrafında aparılan müzakirələr nəticəsində əsas komandanın fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib.

Klubun baş meneceri Zeynal Məmmədov "Bakı"nın turnir cədvəlində tutduğu yer, inamsız oyunlar seriyası və qeydə alınan nəticələrlə bağlı iradlarının bildirərək, komanda üzvlərinə ciddi xəbərdarlıq edib. Komanda qarşısında tezliklə sadalanan nöqsanları aradan qaldırmaq və köklü dəyişikləyə nail olmaq vəzifəsi qoyulub.

Komandanın baş məşqçisi Bojidar Bandoviçin diqqətinə çatdırılıb ki, "Bakı"nın qarşısına qoyulan həm çempionluq, həm də kuboku qazanmaq vəzifələri dəyişilməz olaraq qalır.

Oyunlarda baş məşqçi və klub rəhbərliyinin etmadını doğrultmayan futbolçulardan Evangelios Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov əsas komandanın heyətindən kənarlaşdırılaraq əvəzedici komandanın düşərgəsinə göndərilib.