Bakının bu yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

bakinin-bu-yollarinda-neqliyyatin-hereketi-mehdudlasdirildi
Oxunma sayı: 2221

Bakıda hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub:

“Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin (istisna hallar nəzərə alınmaqla) əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub”.

Agentlik yaranan müvəqqəti narahatlığa görə üzr istəyib və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.