Bakının daha bir mərkəzi yolu bağlanır

bakinin-daha-bir-merkezi-yolu-baglanir
Oxunma sayı: 637

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Heydər Əliyev Sarayının arxasından "5 mərtəbə" adlandırılan dairə istiqamətində yeraltı avtomobil dayanacağının (Qış parkı) tikintisi ilə əlaqədar bu gün axşamdan Füzuli küçəsinin Mərdanov qardaşları küçəsinin kəsişməsindən Mirzağa İbrahimov küçəsinin kəsişməsinədək olan hissəsi təmir-tikinti işləri başa çatanadək bağlanacaq.

Bununla əlaqədar bu istiqamətdə hərəkət edən sürücülərə Səməd Vurğun küçəsindən keçməklə Salatın Əsgərova küçəsi ilə Cəfər Cabbarlı küçəsi istiqamətinə, yaxud əksinə "5 mərtəbə" dairəsindən Rəşid Behbudov-Azadlıq-Bülbül və sair istiqamətlərə hərəkət etmələri tövsiyə olunur. Həmçinin bu ərazidə yaşayan sakinlərə yaranmış vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən müvəqqəti istifadə etməmələri tövsiyə olunur.