Bakının dələduz sakini tutuldu

bakinin-deleduz-sakini-tutuldu
Oxunma sayı: 647

Mayın 22-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində yaşayanlar - Yaşar Məmmədovun və Elçin Səfərovun evlərindən oğurluğa cəhd olunub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər iki hadisəni törədən Binəqədi qəsəbə sakini Gəncəvi Yusifov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Məmmədov tutulub.

Mayın 21-nə keçən gecə S.Ə.Şirvani küçəsində yerləşən, Əli Umarova məxsus mağazadan 315 manat və tütün məmulatları oğunlanmışdır. Xətai RPİ CAŞ və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Orxan Xəlilov yaxalanıb.