Bakının dünənki kriminalları

bakinin-dunenki-kriminallari
Oxunma sayı: 640

Dekabrın 28-i saat 20:15 radələrində Q. Qarayev prospektində Bakı şəhər sakini Rövşən Heydərov Seymur Əzizovu bıçaqla hədələməklə mobil telefonunu tələb edərkən Nizami RPİ CAŞ və PPXB-nin əməkdaşları tərəfindən tutulub.

Dünən saat 17:10 radələrində metronun «28 May» stansiyasında əvvəllər məhkum olunan İlqar Mürsəlov və Vaqif Abbasov Ayla Həsənovanın cibindən mobil telefonu oğurladıqları üçün Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Otən gün saat 08:20 radələrində M. Cəlal küçəsində Bakı şəhər sakini Turab Quliyev idarə etdiyi «İveco» markalı avtobusla Könül İsrafilzadəni vurub, piyadaçı aldığı xəsarətdən hadisə yerində ölüb.


Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cəmilə Zeynalova tutulub.


Xətai RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ələkbər Mustafayev yaxalanıb.