Bakının ən böyük yolkasının yeri açıqlandı - Fotolar

bakinin-en-boyuk-yolkasinin-yeri-aciqlandi-fotolar
Oxunma sayı: 645

Ən böyük yolka isə Kukla teatrının qarşısında qurulacaq yolka olacaq. Həmin yolkanın hündürlüyü 21 metr olacaq. Həmin yolkaların qarşısında dayanmaq istəyən şaxta baba və qar qızlarının işə qəbulu üçün isə artıq sənədlər başlanılıb.

Nazim Məcidovun sözlərinə görə, bulvar ərazisində şaxta baba və qar qızı olmaq istəyənlər dekabrın 20-nə qədər müraciət edə bilərlər.

Paytaxt ərazisində isə şaxta baba və qar qızı olmaq istəyən 18 nəfər Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov ANS PRESS-ə məlumat verib.

“Sabahdan müraciətlərə baxılacaq, şaxta baba və qar qızı olmaq üçün onlara lisenziyalar veriləcək.”, - deyə Əlabbas Bağırov bildirib.

Qeyd edək ki, fotoqraf, şaxta baba və qar qızı üçün lisenziyanın qiyməti 60 manatdır.