Bakının əsas prospektləri bağlanır

Bakının əsas prospektləri bağlanır
Oxunma sayı: 2577

Bakıda bir neçə prospektdə rənglənmə ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı AAYDA və BNA-nin birgə məlumat yayıb.

Bildirilib ki, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi