Bakının əsas prospektləri bu gecə bağlı olacaq

bakinin-esas-prospektleri-bu-gece-bagli-olacaq
Oxunma sayı: 2880

Bu gün bir neçə yolda rənglənmə işləri aparılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA və BNA birgə məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.