Bakının əsas yollarından biri bağlandı

bakinin-esas-yollarindan-biri-baglandi
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil parkının tikintisinin davam etdirilməsi ilə əlaqədar bu gündən Neftçilər prospekti ilə Azneft dairəsindən Yusif Səfərov küçəsi istiqamətində yolun bütöv sağ hərəkət hissəsi - "Hilton" hoteli qarşısındakı yeraltı piyada keçidindən Dəniz vağzalı qarşısındakı yeraltı piyada keçidinədək - bağlanır.

Yolda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilərək soldan keçməklə Azadlıq meydanının mərkəzi ilə müəyyən edilib.

Sürücülərdən xahiş olunur ki, bu yolda hərəkət edərkən diqqətli olsunlar, qoyulmuş yol nişanlarının tələblərinə riayət etsinlər.