Bakının əsas yolu bağlanıb

bakinin-esas-yolu-baglanib
Oxunma sayı: 646

"Azəryolservis" ASC-dən cümə günü Trend-ə bildiriblər ki, yol təmiri işləri ilə əlaqədar Azadlıq meydanı-Zığ dairəsi-Hava limanı yolu bağlanıb.

Yolun Zığ dairəsi ilə Binə hava limanı arasındakı hissəsi (şəhərin mərkəzi istiqamətində) yanvarın 6-dan təmirə bağlanılıb. Təmir işləri yanvarın 20-dək davam edəcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.