Bakının “Expo 2025” Sərgisinə namizədliyinə dair qəbul keçirilib - Foto

bakinin-expo-2025-sergisine-namizedliyine-dair-qebul-kecirilib
Oxunma sayı: 1181

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı “Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.