Bakının kriminal dünyası

bakinin-kriminal-dunyasi
Oxunma sayı: 652

Yanvarın 12-nə keçən gecə Ağabala Əliyev məxsus «VAZ-2107» markalı avtomobil S.Vurğun küçəsindən qaçırılıb. DİN BCAİ, Nəsimi RPİ CAŞ, NMB, 20-ci PB və Şamaxı RPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili Bakı şəhər sakini Seymur İsmayılzadənin qaçırdaraq Şamaxı rayon sakinləri Çingiz Cavadova və Ceyhun Ağamalıyevə satdığı müəyyən edilib. Onların hər üçü yaxalanıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mübariz Muxtarov və Milana Şükürova yanvarın 24-də yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar 2012-ci il noyabrın 6-da avtomobillərin satış bazarında Pəhlivan Əliyevə məxsus mağazadan maqnitafon, səs gücləndiricilər, dekabrın 18-də və 26-na keçən gecə Fəlakət Tağıyevaya məxsus M.Müşviq küçəsində yerləşən gözəllik salonundan televizor, DVD, pul, fen və bjuteriya, dekabrın 29-na keçən gecə Fidan Əhmədova məxsus İ.Zülalov küçəsində yerləşən gözəllik salonundan 74 manat, gümüş sırğa, 3 ədəd qol saatı, fen, parfumeriya, 31-də isə Cavid Kərimova məxsus Şərifzadə küçəsində yerləşən mağazadan 600 manat və danışıq kartları qarət ediblər.

Bu il yanvarın 7-nə keçən gecə Bakı şəhər sakini Ofelya Rüstəmovaya məxsus Parlament prospektində yerləşən gözəllik salonunun dəmir barmaqlıqlarını sındıraraq 100 manat, 3 ədəd fen, geyim və ətriyyat, yanvarın 8-də isə Tamella Cəfərovaya məxsus M. Sübhi küçəsində yerləşən mağazadan 2100 manat, danışıq kartları oğurlayıblar.

Yanvarın 26-da Telnov küçəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İbrahim Hüseynov sərxoş vəziyyətdə Kərim Xəlilovun su və siqaret almasını tələb edərək, mobil telefonunu zorla cibindən götürüb qaçmaqla soyğunçuluq edib. O, ərazidə xidmət aparan DİN ÇPA-nın əməkdaşları tərəfindən saxlanaraq ərazi üzrə Xətai RPİ 34-cü PB-yə təhvil verilib.

Yanvarın 25-də, Q. Qarayev prospektində yerləşən mağazada, Bakı şəhər sakini Jalə Şiriyevanın içərisində 83 manat və şəxsiyyət vəsiqəsi olan pul qabı oğurlanıb. Bakı Şəhər BPİ Metropolitendə PŞ Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Natiqə Baxşıyeva və Nərgiz Ağaməmmədova yaxalanaraq aidiyyatı üzrə Nizami RPİ 25-ci PB-yə təhvil veriliblər.

Dekabrın 16-sı 2012-ci il tarixdə, A.Nemətulla küçəsində Leyla Əhmədovanı döyən naməlum şəxs onun əlindən mobil teleofonunu alaraq soyğunçuluq edib. Bakı Şəhər BPİ CAİ və Nərimanov RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Seymur Babayev yanvarın 25-də yaxalanıb.

2012-ci il dekabrın 23-dən 30-dək olan müddətdə Bakı şəhər sakini Gülnişan Əliyevanın Şüvəlan qəsəbəsində yerləşən bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, 2 ədəd xalça, 50 metr elektrik naqili və məişət avadanlıqları oğurlanıb. Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tural Həsənov yanvarın 22-də, Məhərrəm Əhədov isə yanvarın 25-də yaxalanıb.