Bakının kriminal gündəliyi

bakinin-kriminal-gundeliyi
Oxunma sayı: 662

İyunun 5-də Keşlə qəsəbəsi Z.Məmmədov küçəsində yerləşən, Əsgər Ağayevə məxsus mağazadan jalüzü sındırma yolu ilə danışıq kartları oğurlayanlar, Bakı şəhər sakinləri Samir Hüseynov, Məkan Aslanov və Rəvan Abdullayev Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulublar.

Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əli Məmmədov iyunun 5-də saxlanılıb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cahangir Abbasov iyunun 5-də tutulub.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Bəhruz Həsənov iyunun 5-də saxlanılıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yaşayan İlham Qəhrəmanovun həyətindən ümumi çəkisi 1 kiloqram 300 qram olan 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rasim Məmmədov iyunun 5-də tutulub.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir neçə cinayətdə təqsirli bilinənlərdən Bakı şəhər sakini Orxan Əsədov mayın 21-də, Balakən rayon sakini Elsevər Mirəliyev və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qasımov isə iyunun 5-də yaxalanıb. Məlum olub ki, onlar mayın 20-nə keçən gecə Bakı şəhər sakini Ehtiram Qurbanova məxsus «VAZ-2105» markalı avtomobili X.Məmmədov küçəsindən qaçırıblar. Bundan başqa, mayın 21-də X.Məmmədov küçəsində Kamran Həsənəliyevin mobil telefonunu əlindən alaraq qaçmış, iyunun 4-nə keçən gecə isə eyni küçədə yerləşən, Ruflan Xəlilova məxsus dönərxanadan qapının qıfılını sındırma yolu ilə kassa aparatı və elektrik qızdırıcısı oğurlayıblar.