Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1049



İyunun 9-u saat 08 radələrənidə Lökbatan-Qızıldaş yolunun 3-cü km-də yerləşən dəmir yol keçidində növbətçi işləyən Puta qəsəbə sakinləri Nəzir Cabbarov İlşad Rzayevi bıçaqla qətlə yetirib və Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

İyunun 9-da Binə qəsəbəsi Ə. İsazadə küçəsində yerləşən Şahlar Xətayevə məxsus mağazadan pəncərəni sındırma yolu ilə oğurluğa cəhd edənə qəsəbə sakini Mətləb Kazımov Xəzər RPİ PPXB və 2-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı müəyyən edilib ki, M. Kazımov iyunun 6-na keçən gecə həmin mağazadan pəncərəni sındırma yolu ilə oğurluq edib.

İyunun 9-na keçən gecə Yeni Ramanı qəsəbəsi S. Əliyev küçəsində yaşayan Nəzarət Xanəhmədzadənin evindən pənəcərədən keçmə yolu ilə qardaşı Cəsarət Əliyevə məxsus içərisi ndə 500000 manat olan dəmir seyf oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, N. Xanəhmədzadə içərisində 244309 manat, 187635 ABŞ dolları və 1500 rubl olan seyfi özü oğurlayaraq yaşadığı evin damında gizlədib və şübhəli şəxs qismində tutulub.

İyunun 9-u saat 16:30 radələrində Nobel prospektində Bakı şəhər sakini Fuad Piriyev idarə etdiyi «Mersedes» markalı avtomobili aşırıb, nəticədə KTM-ya daxil olub və orada ölüb.

Mayın 13-də Bakı şəhər sakini Baris Qasımov 4-cü PB-yə ərizə ilə müraciət edərək bildirib ki, M. Rəsulzadə qəsəbəsi Azadlıq prospektində iki nəfər naməlum şəxsin hədəqorxu gələrək cibindən mobil telefon, 54 manat pulunun götürdüyünü bildirib. Bakı şəhər BPİ CAİ və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq edənlər Abşeron rayon sakini əvvəllər məhkum olunan Ramin Aslanov və Bakı şəhər sakini Natiq Əkbərov iyunun 9-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar mayın 15-də N.B.Əliyev küçəsində yerləşən girişdə Abşeron rayon sakini Namiq Məmmədov və Məhəmməd Ramazanovla birlikdə İbrahim Quliyevin əlindən içərisində 5630 manat olan selofan torbanı alaraq qaçıblar. Nəsimi RPİ 19-cu PB və CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Məmmədov mayın 23-də, M. Ramazanov isə Qusar RPŞ əməkdaşlarının köməkliyi ilə mayın 29-da yaxalanıb.

İyunun 9-u saat 01:20 radələrində M. Fətəliyev küçəsində Bakı şəhər sakinləri Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq İlqar Hüseynova məxsus «Opel» maralı avtomoblin arxa şüşəsini sırdırıb və hadisə yerindən 2 ədəd giliz aşkar edilib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən «Reminton» markalı ov tüfəngi aşkar edilib.

İyunun 8-i saat 01:30-dan 03-dək F.Xoyski prospektində Bakı şəhər sakini Məmməd Bağırova məxsus «VAZ-21011» markalı avtomobil qaçırılıb. Hadisəni törədən Bakı şəhər sakini Rövşən Yusifov saat 08:50 radələrində Neapol küçəsində Xətai RPİ 35-ci PB və DİN ÇPA-nın əməkdaşları tərəfindən avtomobillə birlikdə yaxalanıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı olan Bakı şəhər sakini Hüseyn Məlikov iyunun 9-da Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb. Müəyyən edilib ki, onlar mayın 30-da Qafqaz küçəsində orada yaşayan Vüsal Muradova məxsus «VAZ-2105» markalı avtomobili də qaçırıb.

Nizami RPİ NMB və 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İlqar Abbasovdan 12 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zamiq Ağakişiyev və Zaur Yusifov iyunun 9-da tutulub.

Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Şaiq Bünyatovdan 1 kiloqramdan artıq həşiş aşkar edilib.

İyunun 5-də Yeni Günəşli qəsəbəsində yaşayan Sahibə Mehdiyeva ərizə ilə 33-cü PB-yə müraciət edərək bildirib ki, tanışı Gülənbər Sərdarovanın həyat yoldaşı Elçin adlı şəxs Gülənbəri axtararaq avtomatla onun evinə gələrək hədələyib və Gülənbəri mənzildə tapmayaraq gedib. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S. Mehdiyevanı hədələyən Bakı şəhər sakini Elçin Sərdarov Nərimanov rayonu ərazisində tutulub və törətdiyi əməli etiraf edərək silahı Yeni Günəşli qəsəbəsində kolluğa atdığını bildirib. Təxirəsalınmaz tədbirlər nəticəsində sandıqçada 45 ədəd patronu olan AKSU maralı silah Yeni Günəşli qəsəbəsində aşkar edilib.
İyunun 6-na keçən gecə Sabunçu qəsəbəsi Q. Vəzirov küçəsində yaşayan Manat Quliyevə məxsus həmin ünvanda yerləşən mağazadan damısındırmaq yolu ilə tütün məmulatları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunan Əşrəf Quliyev iyunun 8-də yaxalanıb. Müəyyən edilib ki o, iyunun 2-də Dadaşov küçəsi 16-da yaşayan Səfər Məmmədova məxsus həmin ünvanda yerləşən mağazadan tavanı sökmək yolu ilə 40 manat, ərzaq malları və tütün məmulatları, iyunun 3-də isə Yavər Məmmədova məxsus Stansiyanı küçəsində yerləşən mağazadan eyni üsulla 250 manat və tütün məmulatları, iyunun 6-da Q. Vəzirov küçəsimndə yaşayan Vəli Nəzərova məxsus həmin ünvanda yerəşən mağazadan eyni yola 70 manat, danışıq kartları tütün məmulatları oğurlayıb.