Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 951


"Qafqazinfo" Bakının kriminal gündəliyini təqdim edir:

İyulun 24-ü saat 05:50 radələrində Q.Qarayev prospektində yerləşən gecə klubunda Bakı şəhər sakinləri Nahid Əzizov münaqişə zəminində Qahir Şükürlüyə bıçaq xəsarəti yetirdiyi üçün Nizami RPİ 24-cü PB və ÇPA əməkdaşları tərəfindən tutulub. 
 İyulun 24-də B.Nuriyev küçəsində əvvəllər məhkum olunan 2010-cu ildən Ucar RPŞ tərəfindən AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Pərviz Hüseynov Bakı şəhər sakini Elnur Abdullayevin əlindən 60 manat pulunu alıb qaçarkən Nizami RPİ 24-cü PB və ÇPA əməkdaşları tərəfindən tutulub. 

İyulun 22-i saat 22:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində Bakı şəhər sakinləri Dəyanət Eyvazovun idarə etdiyi «Daewoo» markalı və Elçin Məlikovun idarə etdiyi «Hyundai» markalı avtomobillər toqquşub. Nəticədə, D. Eyvazovun idarə etdiyi avtomobil yolun kənarında dayanan Gülxar Rəhimovu vurub və o aldığı xəsarətdən iyulun 24-də 3 saylı xəstəxanada ölüb. 

İyulun 24-ü saat 21:30 radələrində Sabunçu rayonu Maşdağa qəsəbəsində İmişli rayon sakini Qismət Salahov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Züleyxa Hüseynovanı vurub və o hadisə yerində ölüb. 

İyulun 22-i saat 20:30 radələrində Nərimanov rayonu K. Rəhimov küçəsində Bakı şəhər sakinləri Rəvan Əmirov idarə etdiyi «Mercedes» markalı avtomobillə Fəridə Axmerovanı və o xəsarətlə Siti hospitalına daxil olub, iyulun 24-də orada ölüb. 

Sabunçu RPİ 12-ci və 13-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini məhkum olunan Elməddin Məmmədov iyulun 24-də yaxalanıb. Müəyyən edilib ki, o, iyulun 5-dən 8-dək olan müddətdə Abışov küçəsindən Şərur rayon sakini Rüzgar Quliyevə və iyulun 20-nə keçən gecə Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsindən yaşayan İmdad Həsənəliyevə məxsus «VAZ-21011» markalı avtomobilləri qaçırılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin avtomobillər saz vəziyyətdə Binə qəsəbəsi yeni yaşayış sahəsində tapılıb.