Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 929


“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Avqustun 5-i saat 08 radələrində Xəzər rayonu Buzovna yolunda Bakı şəhər sakini Anar Məmmədov «Mercedes» markalı avtomobillə idarəetməni itirərək maneəyə vurmuş, «VAZ-21015» markalı avtomobilin sürücüsü Rüstəm Məlikov A.Məmmədova yardım etmək istəyərkən Yaqub Heybətov idarə etdiyi «Opel» markalı avtomaşınla idarəetməni itirərək hər iki avtomaşını və sürücülərini vurmuşdur. Nəticədə özü və A.Məmmədov hadisə yerində ölmüş, R.Məlikov xəsarətlə 26 saylı xəstəxanaya yerləşdirilib.

Avqustun 5-i saat 23:45 radələrində Nərimanov rayonu M.Araz küçəsində Bakı şəhər sakinləri Rza Əliyev idarə etdiyi «Nissan» markalı avtomobili divara vurmuş, nəticədə R.Əliyev və sərnişinləri Zərdab rayon sakini Xəyyam Xəlilov xəsarət alaraq KTM-ə yerləşdirilib. Digər sərnişin Rəşad Kazımov isə hadisə yerində ölüb.

DİN BCAİ, Binəqədi RPİ CAŞ və 5 PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Laçın Kərimovdan 0,550 qram heroin, 24 qramdan artıq həşiş və 17 ədəd psixotrop həb aşkar edilərək götürülüb.

Avqustun 4-də Ə.Ələkbərov küçəsində yaşayan Çingiz Qacarın mənzilindən içərisində 60 min ABŞ dollar, suvenir qaşıq, bıçaq və çəngəl olan seyf naməlum şəraitdə oğurlanmışdır. DİN BCAİ, Yasamal RPİ CAŞ və 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nərmin Abbasova tutulub.

Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Afaq İbrahimova tutulub.

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ümman Nağıyev tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Telman Quliyev tutulmuşdur.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vasif İsmayılov tutulmuşdur. Araşdırma zamanı müəyyən edilib ki, o, fevralın 18-nə keçən gecə Kalinin küçəsində yaşayan Karif Şabandayevə məxsus «Daewoo» markalı avtobusdan 2 ədəd akkumliyator, iyunun 20-nə keçən gecə Ə.Bağırov küçəsində Vüsal Hüseynova məxsus «VAZ-2106» markalı avtomobildən 100 ABŞ dolları, 2 ədəd səsgücləndirici, ehtiyat təkər, iyulun 16-na keçən gecə Musabəyov küçəsində yaşayan Hüseyn Əkbərliyə məxsus «VAZ-2106» markalı avtomaşından maqnitafon, 4 ədəd səsgücləndirici, iyulun 19-na keçən gecə Balaxanı qəsəbəsində Mirəli Abbasova məxsus «VAZ-2104» markalı avtomaşından perferator, qaldırıcı qurğu, iyulun 22-də Y.Saratov küçəsində yaşayan Loğman Hacıyevə məxsus «VAZ-21015» markalı avtomaşının üzərindən 2 ədəd təkər, iyulun 22-nə keçən gecə Stansiyayanı küçəsində Şahəddin Rüstəmova məxsus «VAZ-2104» markalı avtomaşının üzərindən 4 ədəd təkəri, iyulun 27-nə keçən gecə, 9-cu Mədən yeni tikilinin qarşısından Vidadi Sərdarov məxsus «VAZ-21074» markalı avtomaşının 4 ədəd təkəri, iyulun 29-na keçən gecə Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yaşayan Taleh Muradova məxsus «VAZ-21074» markalı avtomaşının iki ədəd təkəri və avqustun 2-nə kecən gecə Sabunçu qəsəbəsində Ruslan Osmanova məxsus «VAZ-2106» markalı avtomaşının ehtiyyat təkəri oğurlayıb.

İyunun 22-də Bakı şəhər sakini Füzuli Babayevə məxsus M.Nərimanov küçəsində yerləşən metal qəbulu sexindən pəncərəni sındırma yolu ilə 250 kiloqram mis, 200 kiloqram latun və 6 ədəd köhnə akkumliyator oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Loğman Şıxıyev tutulmuşdur.

Avqustun 5-də saat 03 radələrində, Xaliq və iki nəfər naməlum şəxs Y.Suraxanı qəsəbəsi Aşağı qəsəbə məhəlləsində yaşayan Ülfət Əhmədov evinin yaxınlığında pul istəmiş, vermədikdə bıçaqla hədələyib ona məxsus içərisində 10 min manat və sənədlər olan «Rang-Rover» markalı avtomaşını onlara müqavimət göstərməsinə baxmayaraq açarları üzərində olmasından istifadə edərək sürüb aparmışlar. Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Xalıq Rəsulov avtomaşınla birlikdə tutulmuşdur. Cinayətdə şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar Lətif Nəsirov və Əziz Nəcəfov tutulub.