Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1064


Sentyabrın 10-u saat 07 radələrində Sabunçu rayonu Şəhər Şossesi küçəsində Hacıqabul rayon sakini Azad Şıxıyev idarə etdiyi «VAZ-21063» markalı avtomobillə Bakı şəhər sakini Sabir Məmmədovu vurmuş və o aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.
Sentyabrın 10-u saat 15:40 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Abşeron rayon sakini Kəmalə Ağakişiyeva idarə etdiyi «Nissan» markalı avtomobillə Mingəçevir şəhər sakini Həsən Salahovu vurmuş və o aldığı xəsarətdən hadisə yerində ölüb.
Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Rəhman Quliyev tutulub.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Rəna Axundova tutulub.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Tərlan Comərdov tutulub.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Elşən Cəfərov tutulub.

İyunun 25-də Maştağa qəsəbə sakini Xanım Quliyevanın evindən açıq qapıdan keçmək yolu ilə qızıl-zinət əşyaları, təqaüd kartı və 300 manat oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Tərtər rayon sakini İbad Haqverdiyev və Bakı şəhər sakini Oktay Mirzəliyev tutulub.