Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1335


Dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətlərilə qətlə yetirmiş və könüllü olaraq Xətai RPİ 37-ci PB-yə gələrək təslim olub.

Dekabrın 18-də Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsində yaşayan Nuridə Bayramova 13-cü PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin gün saat 19:30 radələrində naməlum şəxs oğurluq məqsədilə, açıq qapıdan keçməklə mənzilinə daxil olaraq onu və qızı Aytən Məmmədovanı bıçaqla hədələyib qaçmışdır. Sabunçu RPİ CAŞ və 13-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, qəsəbə sakini Elşad Məmmədov tutulub.

Dekabrın 12-də Ə.Yaqubov küçəsində Qusar rayon sakini Tiyara Yunisovaya məxsus, içərisində 153 manat və 1 ədəd qızıl üzük olan pul kisəsini əlindən alıb qaçaraq soyğunçuluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Cəmaləddin Məmmədov Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Nadir Nəcəfov tutulub.