Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 1730

Fevralın 11-i saat 13:20 radələrində A.Mustafayev küçəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Qasımov Bakı şəhər sakini Elnur Tağıyevə bıçaqla hədə-qorxu gələrək pul almaq istəyərkən Nəsimi RPİ 20-ci PB və Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulmuşdur. F.Qasımovdan 0,773 qram tiryək aşkar olunaraq götürülüb.

Fevralın 11-nə keçən gecə Naxçıvanski küçəsində yerləşən, Bakı şəhər sakini Namiq Səmədova məxsus aptekdən, şüşəni sındırmaqla oğurluğa cəhd olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən İmşli rayon sakini Sadiq Hümbətov Nizami RPİ 24-cü PB və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Fevralın 10-u saat 00:20 radələrində T.Bağırov küçəsində Tural Kətanovu və qardaşı İlkini döyərək xəsarət yetirmiş Bakı şəhər sakinləri Xəyyam Səfixanov və Firuz Əliyev Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub.
Binəqədi RPİ 4-cü PB-nin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Həsənovdan 0,76 qram marixuana aşkar olunaraq götürülmüş, ona narkotik vasitəni satan Təbriz Xəlilov da tutulub.

Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Nazim Mustafayevdən 450,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi və 19-cu PB-nin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Namik Yahyayev tutulub.

Fevralın 9-da Masallı rayon sakini Rüfət Səfərov qarın nahiyyəsinin daxilə nüfuz edən bıçaq xəsarətilə xəstəxanaya daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Rüfət Vəliyev Nizami RPİ Cinayət-Axtarış Şöbəsi və 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 10-u saat 14 radələrində Nəsimi küçəsində yerləşən mağazaya daxil olan əvvəllər məhkum olunmuşlar - Ramin Ağaməmmədov və Damət Sərxanbəyov orada işləyən Orxan Həsənovun etibarından sui-istifadə edərək, 240 manat aldıqları üçün Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışlar. Müəyyən olunmuşdur ki, onlar elə həmin gün Şərifli küçəsində Sumqayıt şəhər sakini Tofiq Quliyevin əlindən 400 manat pulunu dartıb alaraq oradan uzaqlaşıblar.