Bakının kriminal gündəmi

bakinin-kriminal-gundemi
Oxunma sayı: 958


Binəqədi RPİ CAŞ və 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Rafiq Əmirkişiyev tutulub.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əliqismət Tağıyev tutulub.

Oktyabrın 7-də M.Qaşqay küçəsində Çingiz adlı şəxs Cəlilabad rayon sakini Əziz Həşimovdan 800 manat alıb qaytarmayıb. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Zabil Quliyev tutulmuş və müəyyən edilmişdir ki, o, Abşeron RPŞ-si tərəfindən AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışdadır.

Noyabrın 15-də A.Qurban küçəsində Ağsu rayon sakini Elməddin Cəfərova məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitafon oğurlanıb.

Xətai RPİ CAŞ və 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Nahid Kərimov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Fikrət Səfərov tutulub.