Bakının kriminal günü

bakinin-kriminal-gunu
Oxunma sayı: 651

Noyabrın 23-də Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan Mürsəl Fərgüzadov mübahisə zəminində Piri İbadovun kürək nahiyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 23-ü saat 17: 30 radələrində İstiqlaliyyət küçəsində Bakı şəhər sakini Allahverdi Rzayev, İmişli rayon sakinləri Alı Bayramov və Natiq Vəliyev Xaçmaz rayon sakini Rüfəddin Mirzəyevin pulunu və mobil telefonunu əlindən alıb qaçarkən Səbail RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 9-cu PB-yə təhvil veriliblər.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elnur Baxışzadə noyabrın 23-də yaxalanıb.

Noyabrın 22-də Sabunçu qəsəbəsi Böyük şor küçəsində yaşayan Əli Əliyevə məxsus yaşadığı ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 100 manat və ərzaq malları oğurladığına görə qəsəbə sakini Aydın Tağızadə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 21-də Binə qəsəbəsi Babək küçəsində yaşayan Ramiz Cəfərova məxsu «VAZ-2107» markalı avtomobil evinin qarşısından qaçırılıb və daha sonra qəsəbə ərazisində əzilmiş vəziyyətdə tapılıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsinə avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Şəmistan Şərifov noyabrın 22-də tutulub.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 187-ci (əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsi ilə axtarışda olan Elxan Qədirov noyabrın 22-də yaxalanıb.

Oktyabrın 30-da Ş. Qurbanov küçəsində Bakı şəhər sakinləri Arif Əbdülrəhmanova məxsus «Hyundai» markalı avtomobildən P.Məmiyevaya məxsus içərisində 170 manat, qızıl-zinət əşyaları, sənədlər və 2 ədəd mobil telefon olan əl çantası naməlum şəraitdə oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsinə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Hikmət Şahverdiyev noyabrın 22-də tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsinə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fərman Bağırov noyabrın 21-də yaxalanıb. Araşdırma zamanı məlum olumuşdur ki, o, iyunun 26-da Böyükşor qəsəbəsində məskunlaşmış Əhməd Məmmədovun evindən 210 manat, iyulun 4-də X.Rza küçəsində yaşayan Zamin Dadaşovun evindən pəncərədən keçmə yolu ilə 500 manat, iyulun 7-də həmin küçədə Vəsilə Mirəliyevanın evindən 330 mant, qızıl-zinət əşyaları, PYUA küçəsində yaşayan Nailə İsmayılovanın evindən pəncərədən keçmə yolu ilə 520 manat, qızıl-zinət əşyaları və avqustun 12-də PYUA küçəsində yaşayan Baladadaş İsmayılovun evindən açıq qapıdan keçmə yolu ilə 500 manat oğurlanıb.