Bakının kriminal günü

bakinin-kriminal-gunu
Oxunma sayı: 636

Yanvarın 18-də Mərdəkan qəsəbə sakini Əbdülrəhim Muradov bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Fərail Quliyev yanvarın 22-də yaxalanıb.

Yanvarın 21-də Yeni Günəşli qəsəbə sakini Elşən Məmmədov ərizə ilə 33-cü PB-yə müraciət edərək bildirib ki, yanvarın 20-i saat 23 radələrində, naməlum şəxslər onun S. Cəfərov küçəsində yerləşən evinin qarşısında yumruqla vuraraq, içərisində 300 manat və danışıq kartları olan çantasını əlindən almağa cəhd edib, qonşular hadisə yerinə yaxınlaşdıqda isə onlar hadisə yerindən qaçıb gediblər. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvələr məhkum olunan Azər Məmmədov yanvarın 21-də, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini Aslan Aslanov isə yanvarın 22-də Suraxanı CAŞ və 33-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Xəzər RPİ CAŞ və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Zirə qəsəbə sakini İlham Məmmədovdan 6 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, İ. Məmmədov 2012-ci il sentyabrın 15-dən oktyabrın 2-nə qədər olan müddətdə Bakı şəhər sakini Qalib Ramazanovun Zirə qəsəbəsində yerləşən bağ evindən yaddaş sistemi ilə birlikdə nəzarət kamerası, bu il yanvarın 12-də həmin bağ evindən açar seçmə geyim, məişət əşyaları, yanvarın 14-də Zirə qəsəbə sakini Akif Qəribovun evindən 50 metr, yanvarın 16-da isə Nadir Əliyevin evinə çəkilmiş 45 metr elektrik kabeli oğurlanıb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan Eldar Allahverdiyev yanvarın 22-də yaxalanıb.

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini İlham Şərifovdan 270 qram marixuana aşkar edilərək götürülüb.