Bakının kriminal günü

bakinin-kriminal-gunu
Oxunma sayı: 639

Fevralın 12-i saai 02:30 radələrində Nobel prospektində Bakı şəhər sakini Anar Məmmədovun idarə etdiyi «Opel» markalı avtomobilin idarəetməsini itirərək divara vurmuş, A.Məmmədov xəsarətlə 2 saylı xəstəxanaya daxil olmuş və orada ölüb.

Fevralın 4-də Neftçilər prospektində yerləşən «Park Bulvar» ticarət mərkəzində Bakı şəhər sakini Rüfət Fərəcova məxsus elektron siqaretlərin satışı məntəqəsindən dolabın qapısını sındırma yolu ilə 4300 manat və 300 manat dəyərində elektron siqaret oğurlanıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Xəlilov fevralın 11-də yaxalanıb.

Fevralın 10-u saat 22:20 radələrində Milli Parkda 4 naməlum şəxs Bakı şəhər sakini İman Xaçarayevdən mobil telefonunu danışmaq adı ilə alaraq, bıçaqla hədələyib qaytarmayıblar. Səbail RPİ 39-cu və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Səfərli, Asif Əliev, Ümüd Hüseynzadə və Salyan rayon sakini Ümüd Qurbanov fevralın 11-də yaxalanıb.

Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cəlal Qasımzadə fevralın 11-də yaxalanıb.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini Rövşən Mövsümovdan 1 kiloqram 500 qramdan artıq marixuana aşkar edilərək götürülüb.