Bakının kriminal həftəsonu

bakinin-kriminal-heftesonu
Oxunma sayı: 635

Mayın 18-də R.Allahverdiyev küçəsində yaşayan Namiq Əkbərovun evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 2 ədəd televizor, qol saatı və özünə məxsus ov tüfəngi oğurlanıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Fətəliyev tutulub.

Mayın 19-u saat 05 radələrində Şağan qəsəbəsində qəsəbə sakini Emil Babayevə məxsus «Mersedes» markalı avtomobil qaçırılıb. Xəzər RPİ PPXB və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Buzovna qəsəbə sakini Ceyhun Rəhimov qəsəbə ərazisində avtomobillə birlikdə yaxalanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zamiq Abdullayev mayın 19-da tutulub.

Mayın 17-də Astara rayon sakini Fərrux Əlizadə H.Əliyev küçəsində Bakı şəhər sakini Tərlan Ələkbərovu döyərək pul tələb etdiyi üçün Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, o, mayın 4-də Beyləqan rayon sakini Qoxmaz Ağayevi bıçaqla hədələyib cibindən 270 manat götürüb.

Mayın 18-də Bakı Beynəlxalq Avtovağzalda Hənifə Bədəlovaya məxsus «İnfiniti» markalı avtomobildən mobil telefon oğurlanıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini Elşən Səfərəliyev tutulub.

Mayın 17-də N.Rəfiyev küçəsində Cavanşir Həsənova məxsus «Volsvagen-Touareg» markalı avtomobildən qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Nicat Səfərov, Telman Səfərov və Bəxtiyar Nəsibov tutulublar.

Mayın 18-də 28 May küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində Samir Məmmədovun idarə etdiyi «Daewoo» markalı avtobusla Pənah Əliyevin idarə etdiyi «Mersedes» markalı avtomobil toqquşub. Nəticədə, P.Əliyev və sərnişinləri Pavel Papov hadisə yerində ölmüş, digər sərnişinlər Ramin Həsənov, Elman Qafarov, Nailə Kərimova və avtobusun sərnişini İradə Hüseynova KTM-ə yerləşdiriliblər.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Taleh Qədirov mayın 18-da tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad RPŞ tərəfindən AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Zemfira Naxıyeva mayın 18-də tutulub.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi RPİ tərəfindən AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Əfqan Heydərov mayın 18-də tutulub.