Bakının kriminal həyatı

bakinin-kriminal-heyati
Oxunma sayı: 1405


“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olanlar - Rəcəb Mutuxov və Anar Manafov tutulublar. 

Səbail RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də Biləcəri qəsəbəsində yaşayan Vüsal Əmiraslanovdan sandıqçasında 6 ədəd patronu olan 1 ədəd Makarov markalı tapança aşkar edilərək götürülüb. 

Avqustun 3-nə keçən gecə Təbriz küçəsində yerləşən, Tahir İsgəndərova məxsus kafedən ərzaq məhsulları oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Aqil Mustafayev və Baki şəhər sakini İlkin Məmmədov tutulublar. Araşdırma zamanı müəyyən olunub ki, İ. Məmmədov iyul ayının 20-dən 27-dək olan müddətdə Təbriz küçəsində yerləşən, Kənan Tağıyevə məxsus internet klubdan kompyuter ləvazimatı və görüntü kamerasının yaddaş kartını oğurlayıb.

Nizami RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-ü saat 01:50 radələrində Çobanzadə və Rüstəmov küçələrinin kəsişməsində Şəmkir rayon sakini Mirismayıl Heydərovun idarə etdiyi VAZ-21015 markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilərkən oradan M. Heydərova məxsus «Kalaşnikov» markalı avtomat, 2 ədəd sandıqça və 57 ədəd 5,45 kalibirli patron aşkar olunaraq götürülüb. 

İyulun 23-də A.Qurban küçəsində orada yaşayan Ceyhun Abbasova bıçaq xəsarəti yetirən, əvvəllər məhkum olunmuş Nicat Nərimanov avqustun 4-də Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən tutulub. 

Avqustun 3-nə kecən gecə M. Kazımov küçəsində Abşeron rayon sakini Yasəf Mustafayevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb. Nizami RPİ PPXB və 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Rövşən Yusifov N. Rəfiyev küçəsində avtomobillə birlikdə saxlanılıb. Müəyyən edilib ki, o, Bakı şəhər sakini Hüseyn Məlikovla birlikdə iyulun 31-nə keçən gecə M. H. Kazımov küçəsindən orada yaşayan Razi Xəlilova məxsus, avqustun 1-nə keçən gecə Keşlə qəsəbəsində yaşayan Xanlar Zeynalova məxsus «VAZ-2106» markalı avtomobilləri, avqustun 2-nə keçən gecə isə Qafqaz küçəsində yaşayan Əminə Məmmədova məxsus «VAZ-2107» markalı avtomobili qaçırıblar. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Hüseyn Məlikov da tutulub. 

Avqustun 3-ü saat 08 radələrində Sabunçu rayonu B. Bünyatov küçəsində Cəbrayıl rayon sakini Elnur Hüseynov idarə etdiyi «VAZ-21114» matkalı avtomobillə Bakı şəhər sakini İlqar Süleymanovu vurub, sonuncu hadisə yerində ölüb.

Avqustun 3-ü saat 23:10 radələrində Sabunçu rayonu Şəhər şossesində Lerik rayon sakini Ramiq Hadıyev idarə etdiyi «Volksvagen» markalı avtomobillə Bakı şəhər sakini Azər Abbasovu vurmuş, piyadaçı 3 saylı xəstəxanada ölüb. 

Avqustun 3-ü saat 00:25 radələrində Suraxanı rayonu Nəqliyyat küçəsində Bakı şəhər sakinləri Ramin Qasımovun idarə etdiyi «VAZ-2106» markalı və Masallı rayon sakini Emin Əliyevin idarə etdiyi «BMV» markalı avtomobillər toqquşub. Nəticədə, R. Qasımov aldığı xəsarətdən xəstəxanada ölüb. 

Avqustun 3-ü saat 16 radələrində Xətai rayonu Zeytun küçəsində Bakı şəhər sakinləri Rüfət Hüseynovun idarə etdiyi «Kia-Carens» markalı və Qubadlı rayon sakini Sevindik Zeynalovun idarə etdiyi «VAZ-21063» markalı avtomobillər toqquşub. Nəticədə, S. Zeynalov, sərnişini Mirzə Xalıqov hadisə yerində ölmuş, R.Hüseynov və sərnişinləri - Cahid Əliyev, Fərman Əhmədov və Səbuhi Mikayılov xəsarətlə xəstəxanaa yerləşdiriliblər. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ramin Məmmədov tutulublar.