Bakının kriminal şənbə-bazarı...

bakinin-kriminal-senbe-bazari
Oxunma sayı: 991


Fevralın 16-da Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Bahar Qasımovanın içərisində 150 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Fərzəliyev tutulub.

2013-cü il dekabrın 25-nə keçən gecə, Həşim Abdullayevə məxsus Təbriz küçəsində yerləşən aptekdən, dəmir barmaqlığı aralamaq yolu ilə kassadan 500 manat, dekabrın 30-a keçən gecə Əlsafa Rəfiyevə məxsus Qarabağ küçəsində yerləşən marketdən, açar seçmə yolu ilə 900 manat, danışıq kartları, tütün məmulatı, dekabrın 31-də Hidayətzadə küçəsinda yerləşən gözəllik salonundan Süriyyə Əlizadənin briliyant sırğaları, bu il yanvarın 10-da Eldəniz Zamanova məxsus, A.M.Cümə küçəsində yerləşən mağazadan 200 manat, yanvarın 14-nə keçən gecə, Şükür Ağamirova məxsus, K.Rəhimov küçəsində yerləşən mağazadan, jalüz və plastik qapını sındırmaq yolu ilə kassadan 800 manat oğurlanıb. DİN KTİ, BPİ CAİ, Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Fərid Rəhimov tutulub.

Fevralın 16-da Türkan qəsəbəsi Üzümçülük sovxununda qəsəbə sakinləri Kənan Əhmədov Müstəqil Nəbiyevə bıçaq xəsarəti yetirdiyinə görə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağa Seyid Əli Tarverdiyevin idarə etdiyi «Jeep Grand Cherokee» markalı avtomobildən 12 kalibrli «Etro» markalı ov tüfəngi, ona aid 10 ədəd patron və sandıqçasında 8 ədəd patronu olan «Makarov» markalı tapança aşkar edilərək götürülüb.

Yasamal RPİ NMB və CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Çingiz Həsənovdan 1 kiloqramdan artıq civə götürülüb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Arslan İslamovdan 450 qram marixuana götürülüb.

Fevralın 14-də Bərdə rayon sakini Sahib Süleymanov 34-cü PB-yə ərizə ilə müraciət edərək bildirib ki, 10.11.2013-cü il tarixdə kirayəşin qaldığı Kənd Əhmədli qəsəbəsində yerləşən evdən otaq yoldaşı Şirvan adlı şəxs ona məxsus mobil telefonu oğurlayıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev tutulub, ondan 10 qramdan artıq marixuana götürülüb. 

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mətləb Həsənov tutulub.

2013-cü il dekabrın 23-də II Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini Həqiqət Şakir qızı Əlimovanı bıçaqla hədələyərək, 41 manatını və mobil telefonunu alıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurmurad İbrahimov tutulub.

Yasamal RPİ CAŞ və NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vədat Abbaszadədən 475 qram marixuana götürülüb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Muradovdan 460 qram marixuana götürülüb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Tural İsmayılov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olan Xocavənd rayon sakini əvvəllər məhkum olunmuş Hafiz Bağırov tutulub və ondan 0,350 qram heroin və bıçaq götürülüb.