Bakının kriminalı

bakinin-kriminali
Oxunma sayı: 655

Dekabrın 10-u saat 09:00 radələrində Kürdəxanı qəsəbəsi ərazində İmişli rayon sakini Binnət Məmmədov idarə etdiyi «Mersedes» markalı avtomaşınla Bakı şəhər sakini Ədalət Rzayevi vurub, piyada aldığı xəsarətdən dekabrın 11-də xəstəxanada ölüb.

Nərimanov RPİ 17-ci və Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Telman Qurbanov tutulub.

Noyabrın 14-də Bakı şəhər sakini Ceyhun Qədirov daxilə nüfuz edən 6 bıçaq xəsarəti ilə Şərifzadə küçəsindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Sənan Səfərov dekabrın 11-də yaxalanıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Balaxan Əliyev tutulub.