Bakının mərkəzi yollarından biri bağlandı

bakinin-merkezi-yollarindan-biri-baglandi
Oxunma sayı: 652

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil duracağının tikintisi ilə əlaqədar olaraq Puşkin küçəsində avtomobillərin hərəkəti bu gündən müvəqqəti dayandırılıb.

Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Neftçilər prospekti istiqamətinə hərəkət edən avtomobillər Üzeyir Hacıbəyov-Azadlıq prospekti-Neftçilər prospekti alternativ yolu ilə hərəkət edə bilərlər.

İslamov bildirib ki, Puşkin küçəsinin bir neçə gün əvvəldən bağlanması nəzərdə tutulsa da, Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə tədbirlərin keçirilməsi səbəbindən təxirə salınmışdı.

Şöbə rəisi qeyd edib ki, hazırda paytaxtda Mətbuat prospekti, Şərifzadə küçəsi, Azadlıq prospektinin bəzi hissələrində təmir işləri aparılır. Təmirlə əlaqədar olaraq həmin küçə və prospektlər hissə-hissə bağlanır.