Bakının mərkəzində “Audi” qaçıran şəxs ələ keçdi

bakinin-merkezinde-audi-qaciran-sexs-ele-kecdi
Oxunma sayı: 2138

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Səbail RPİ-də araşdırma aparılır.

Murad Əhməd