Bakının mərkəzində bir neçə məktəb əsaslı təmir olunacaq

bakinin-merkezinde-bir-nece-mekteb-esasli-temir-olunacaq
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, hazırda hər iki tədris müəssisəsinin korpuslarında son tamamlama işləri gedir. Bundan əlavə, rayonun ərazisindəki 49 nömrəli İntellekt Liseyin köhnə binasında, 203 və 50 nömrəli məktəblərin binalarında da əsaslı təmir işləri aparılır.

Rayon ərazisindəki 1 nömrəli Şəhər Poliklinikasında və Bayıl qəsəbəsindəki 3 nömrəli Vərəm Əleyhinə Dispanserində yenidənqurma işləri davam edir. Hər iki tibb müəssisəsi təmirdən sonra müasir tibbi avadanlıqla təchiz olunacaqdır.

Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Badamdar qəsəbəsində 880 yerlik məktəb və 220 yerlik uşaq bağçası tikilir.