Bakının mərkəzində qəza

bakinin-merkezinde-qeza-
Oxunma sayı: 989


Neftçilər prospektində qeydə alınmış yol qəzasında “Mercedes” və “Ford”un qəzadan əvvəl Nobel prospekti istiqamətində hərəkət etdiyi bildirilir. Dəniz vağzalının qarşısında qəfildən “Mercedes”in sürücüsü idarəetməni itirdiyindən onun avtomobili “Ford”la toqquşub. Daha sonra “Mercedes” yolun solundakı bardürlərə bərkidilmiş boru manelərə çırpılıb. Zərbə güclü olduğundan borulardan biri yerindən çıxıb. 

Qəza zamanı avtomobillərə də ciddi ziyan dəyib. Bununla belə, sürücülər və sərnişinlər arasında xəsarət halı müşahidə edilməyib. Yol nəqliyyat hadisəsinin baş vermə səbəblərini Bakı Şəhər Baş Dövlət Yol polis İdarəsinin müfəttişləri araşdırır. Müfəttişlər ilkin müayinə zamanı avtoqəzanın yüksək sürət səbəbindən baş verdiyi qənaətinə gəlib.

“Mercedes”in sürücüsü isə bildirib ki, “Ford” qəfildən onun qarşısına çıxdığı üçün toqquşmadan yayınmaq istəyib və avtomobili sola çəkib. Ancaq alınmayıb və qəza baş verib. 

Təfərrüatlar dəqiqləşdirilir.

anspress