Bakının pambıq kimi beton yolu - - Fotosessiya

bakinin-pambiq-kimi-beton-yolu-
Oxunma sayı: 3538


Bakının məşhur beton yolu olan Azadlıq Meydanı - Zığ dairəsi - Hava limanı yolunda yenə təmir işləri başlayıb. “Qafqazinfo” xəbər verir ki, dəfələrlə təmir edilən yolun bir hissəsində hasar tikilir, yol iki hissəyə bölünərək dəmir dirəklər bərkidilir, asfalt çəkilir. Yolda işləyən fəhlələrin sözlərinə görə yaxın günlərdə yenidən yolun açılışı olacaq. Hazırda həmin açılışa görə beton yolda intensiv işlər aparılır. 

Qeyd edək ki, 29,5 metr eni olan beton yol Heydər Əliyevin doğum gün ərəfəsində – 9 may 2008-ci ildə istismara verilib. Yolun tikintisi 10 noyabr 2007-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə başlanılıb. 17 kilometrlik yol yarım il ərzində “Akkord” şirkətlər qrupu tərəfindən, Almaniyanın “SP Papenburg Baugesselschaft mbH” şirkətinin iştirakı ilə tikilib və 200 mln. manata başa gəlib. Beton yol 30 il istismar üçün hesablanmışdı.

Gülnar