Bakının “paytaxtı” abadlaşır

bakinin-paytaxti-abadlasir-
Oxunma sayı: 673

İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. Artıq “Yeni Bayıl” və “Bayraq Meydanı” yarımstansiyaları istifadəyə verilib. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənib, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilib.

20-ci yaşayış sahəsində “Bibiheybət” stadionu əsaslı şəkildə yenidən qurulur, Dövlət Filarmoniyasının binasındakı təmir başa çatıb, Dövlət Musiqili Komediya Teatrının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri davam etdirilir. Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Səbail rayonunun rəmzi olan “Qız qalası”nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.

Nigar Məmmədli