Bakıya 1 milyon keçirmək istəyən azərbaycanlı saxlanıldı

bakiya-1-milyon-kecirmek-isteyen-azerbaycanli-saxlanildi
Oxunma sayı: 4988

Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun “STV24”ə istinadən xəbərinə görə, bu barədə Mineralnıye Vodı sərhəd keçid məntəqəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə martın 10-da baş verib. Belə ki, “Mineralnıye Vodı - Bakı” reysinə minən azərbaycanlı sərhəddən 1,1 milyon rublu (təxminən 16 min dollar) qanunsuz olaraq keçirməyə cəhd edib. Lakin gömrük nəzarəti zonasında yoxlamalar zamanı onun üzərindəki pulun miqdarının daşınma üçün icazə verilən məbləğdən çox olduğu məlum olub. 

Sözügedən valyuta müsadirə edilib. 

Qanunu pozan şəxsi indi böyük miqdarda cərimə gözləyir.