“Bakıya daha tez gəlin”

bakiya-daha-tez-gelin
Oxunma sayı: 1720

AFFA ingilis azarkeşlərə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, qurumun baş katibi “The Telegraph”a bu barədə açıqlama verib.

O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının çox sayda azarkeşi qəbul edə biləcəyini, “Çelsi” və “Arsenal” final biletini onlayn şəkildə sifariş verə biləcəyini söyləyib.

Bundan başqa, E.Məmmədov hər iki klubun fanatlarına tövsiyə edib ki, uçuş xərcələrini azaltmaq üçün Bakıya oyun həftəsinin əvvəlində gəlsinlər:

“Azarkeşlərin çoxu otel və digər xərclərini azaltmaq məqsədilə Bakıya final günü gəlib,1 gün sonra şəhəri tərk etməyə çalışırlar. Ancaq indiki halda fanatlara Bakıya daha tez gəlməyi və bizim şəhərdə xoş zaman keçirməyi təklif edirəm ”.

AFFA-nın baş katibi hər iki klub rəhbərliyinə məsləhət görüb ki, azarkeşləri üçün Bakıya çarter reysləri təşkil etsinlər. Onun sözlərinə görə, Heydər Əliyev adına Beynəlxalq Hava Havalimanı bu cür reysləri aşağı qiymətlə qəbul etməyə hazırdır.