Bakıya erməni gəlir

bakiya-ermeni-gelir
Oxunma sayı: 647

Məlumata görə, 1987-ci il təvəllüdlü bu hücumçu 2004-2010-cu ildə «Minsk»də çıxış edib, sonra Rusiyanın «Jemçujina» komandasında oynayıb. Bu il isə icarə qaydasında yenidən köhnə komandasına qayıdıb.

Andrey Xaçaturyan Belarusun U-19 millisində üç oyun keçirib.

Qeyd edək ki, Andrey Xaçaturyanın komandası olan «Minsk» iyunun 30-da Bakıda AZAL-la Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda meydana çıxacaq. Belarus vətəndaşı olan erməni futbolçunun «Minsk»lə birgə Bakıya gələcəyi və AZAL-la matçda meydana çıxacağı gözlənilir.

Yeri gəlmişkən, "Minsk"in əsas qapıçısı olan Artur Lesko isə Ermənistan cempionatnda çıxış etmiş futbolçudur. 2009-2010-cu il mövsümündə "Pünik"in tərkibində oynayan Lesko Ermənistam çempionu olub. Həmin il o, ölkə kubokunu və superkuboku də qazanıb.